"Real"da Beyl şoku

17:13 - 25 Aprel 2017

İspaniya La Liqasının XXXIII turunda "Barselona" ilə oyunda (2 - 3) zədələnən "Real"ın futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, uelsli futbolçu 3-4 həftə komandaya kömək edə bilməyəcək. Klubun rəsmi saytında yer alan məlumata görə, ulduz futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin "Atletiko"ya qarşı keçiriləcək hər iki matçının buraxmalı olacaq. 

 

Qeyd edək ki, "Atletiko" ilə ilk oyun mayın 2-də, cavab oyunu isə bundan 1 həftə sonra keçiriləcək.

Xəbər xətti