"Atletiko"da ciddi itki

12:30 - 26 Aprel 2017

Madrid "Atletiko"sunun futbolçusu Yannik Ferreyra-Karrasko Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la ilk oyunda iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, buna 23 yaşlı futbolçunun La Liqanın 34-cü turunda "Vilyareal"la matçda zədələnməsi olub. Sözügedən matçda çiyni çıxan Karraskonun "Real"la ilk görüşü buraxacağı dəqiqləşib. Onun cavab görüşünə kimi də hazır olacağı gözlənilmir.

 

Qeyd edək ki, "Real" - "Atletiko" matçı mayın 2-i keçiriləcək.

Xəbər xətti