"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İspaniyada məğlubiyyətləri sıralamaqda davam edir.
Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssisin baş məşqçisi olduğu "Qranada" çempionatın 34-cü turunda evdə "Malaqa"ya 0:2 hesabı ilə uduzub. Bu, Adamsın gəlişindən sonra komandanın ardıcıl 3-cü məğlubiyyəti olub.
Qeyd edək ki, "Qranada" Adamsın rəhbərliyi altında qol vurmayıb. Komanda 20 xalla 19-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi