La Liqanı tərk edən ilk komanda oldu

10:35 - 27 Aprel 2017

İspaniya La Liqasını tərk edən ilk komandanın adı məlum olub.

 

Sportal.az xəbər verir ki, 34-cü turda "Barselona"ya doğma meydanında 1:7 hesabı ilə uduzan "Osasuna" çempionatla vidalaşıb. Pamplonya təmsilçisinin aktivində 34 turdan sonra 18 xal var. 17-ci pillədə mübarizə aparan "Leqanes"dən 12 xal geri qalan basklılar La Liqa ilə erkən vidalaşmalı olublar.

 

La Liqanı tərk etmək təhlükəsi "Qəbələ"nin sabiq çalışdırcısı Toni Adamsın baş məşqçisi olduğu "Qranada" və Xixon "Sportinq"inin də var. "Qranada" 20 xalla 19-cu, "Sportinq" isə 24 xalla 18-cidir.

 

La Liqanın lideri isə "Barselona"dır (34 oyun, 78 xal). "Real" 2-ci (33 oyun, 78 xal), "Atletiko" 3-cüdür (34 oyun, 68 xal).

Xəbər xətti