Madridin "Real" klubunun kapitanı Serxio Ramos maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, gələcək planlarından danışan təcrübəli müdafiəçi karyerasını "kral klubu"nda bitirmək istədiyini deyib:
"Gələcəkdə məşqçi olmaq? Bu haqda düşünmək üçün hələ vaxtım olacaq, indi heç bir qərar verməmişəm. Amma mümkün variantlardan biri elə budur. Daha bir neçə mövsüm oynayıb, sonda karyeramı "Real"da bitirmək istəyirəm.
Kapitan "Real"ın prezidenti olmaq istəyərsinizmi?" sualını belə cavablandırıb: "Real"ın prezidenti olmaq? (gülür). Nələrin baş verəcəyini heç vaxt bilmirsən, ancaq indi mən özümü bu rolda görmürəm".
Qeyd edək ki, Ramos 2005-ci ildən "Real"da çıxış edir.
saytlarin hazirlanmasi