Zidan: "Mövsümün sonuna yaxın hər kəs əsəb keçirir"

11:54 - 2 May 2017

"Atletiko" 4-5 ildir ki, yaxşı nəticələr əldə edir. Bir sıra komandalar kimi, "Atletiko" da bizim işimizi çətinləşdirməyi bacarır. Rəqibin əsas gücü həmişə fəlsəfəsinə sadiq qalmasındadır. Bütün diqqətimizi bu oyuna yönəltmişik".

 

Sportal.az xəbər verir ki, bu sözlər Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan məxsusdur. "Kral klubu" Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında digər Madrid təmsilçisi "Atletiko"nu qəbul edəcək.

 

Zidan oyundan əvvəl keçirdiyi mətbuat konfransında komandasının durumundan danışıb:

 

"Komandamız bu dəqiqə heç də pis görünmür. Əslində, yarımfianala qədər gəlmişiksə, bu yaxşı vəziyyətdə olduğumuza bir işarədir. İndi paytaxtın 2 güclü komandası üz-üzə gələcək və aramızdakı rəaqbət çox ciddidir. Çünki bir-birimizi yaxından tanıyırıq".

 

Fransalı çalışdırıcı komandasının gərgin olduğunu deyib:

 

"Gərginliyin olması normaldı. Gərginliyi təkcə bizim oyunçularımız hiss etmir, mövsümün sonuna yaxın hər kəs əsəb keçirir. Yarımfinal oyunlarında futbolçuların üzərinə böyük məsuliyyət düşür. Bu cür oynamağa öyrəşmişik və ümid edirəm ki, qalib olan tərəf biz olacağıq". 

 

Mütəxəssis komandasının çox qol buraxması ilə bağlı verilən sualı belə cavablandırıb:

 

"Rəqiblərimizin əlinə hər an şans düşmür. Ancaq təəssüf ki, keçən ildə olduğu kimi qapımızı toxunulmaz saxlaya bilmirik. Rəqiblərimizin işini çətinləşdirmək üçün əlimizdən gələni edirik. Amma bəzən onların qarşısını tam şəkildə almaq mümkünsüz olur. Bu futbolçdur, rəqibin mütləq özünəməxsus, sizə zərər yetirə biləcək bacarıqları olur. Əsas bizim daha çox qol vurmağımızdır. "Atletiko" ilə oyun olduqca vacibdir, buna görə də çmalışacağıq ki, qapımızı toxunulmaz saxlayaq və bol qol vuraq".

 

Zidan qapıçı Keylor Navası təndiq edənlərin də cavabını verib:

 

"Navas özünü yaxşı hiss edir və motivasiyası yüksəkdir. İnsanlar çox fikir irəli sürürlər, lakin Keylor bu oyunu düşünür. Məncə, hər şey qaydasındadır".

Xəbər xətti