"Liverpul" və "Barselona" razılığa gəldi - Koutinyo transferində

11:56 - 10 May 2017

“Liverpul”un ulduz futbolçusu Filipe Koutinyonun adı İspaniya nəhəngi “Barselona” ilə hallanmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, iki klub bu transferdə 90 milyon avro qarşılığında razılıq əldə ediblər. Bu haqda İspaniya mətbuatı məlumat yayıb. Əgər bu transfer gerçəkləşsə, Koutinyo Pol Poqba, Qaret Beyl və Kriştiano Ronaldodan sonra futbol tarixinin ən bahalı 4-cü transferi olacaq.

 

Koutinyo yanvar ayında “Liverpul”la 2022-ci ilə qədər davam edən yeni müqavilə imzalamışdı. Həmin sözləşmədən sonra braziliyalı klub tarixində ən çox maaşa alan futbolçu olmuşdu. 

 

24 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 29 oyuna 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti