İspaniya La Liqasında daha bir məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, “Real Betis”in baş məşqçisi Viktor Sançes istefaya göndərilib.
41 yaşlı mütəxəssis 2016-cı ilin noyabrından “Betis”ə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 7 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 13 oyunda isə məğlub olub.
Rəhbərlik nəticələrdən narazı qaldığı üçün onunla yolları ayırmağa qərar verib. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.
saytlarin hazirlanmasi