"Barselona" qapıçısı Mark-Andre ter Şteqenlə yeni müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Almaniya millisinin üzvü ilə müqavilə 2022-ci ilə qədər uzadılacaq. Kataloniya klubu bu barədə tezliklə rəsmi məlumat yayacaq.
Qeyd edək ki, 25 yaşlı əlcək sahibi 2014-cü ildən "Barsa"da çıxış edir.
saytlarin hazirlanmasi