İspaniya La Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, “Barselona”nın lideri Lionel Messi hamını qabaqlayıb. 6 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan argentinalı hücumçu ötən ayın ən yaxşı futbolçusu adına layiq görülüb.
Ən yaxşı məşqçi isə “Malaqa”nın çalışdırıcısı Miçel Qonzales seçilib. Komanda onun rəhbərliyi altında keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb.