"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin klubdakı gələcək taleyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, adı İtaliyanın "İnter" klubu ilə hallanan çalışdırıcı yekun qərarını verib. Argentinalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında gələn mövsüm də Madrid klubunun "sükanı arxası"nda olacağını deyib.
Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.
saytlarin hazirlanmasi