“Malaqa”nın futbolçusu Martin Demişelis karyerası başa vurur.
Sportal.az xəbər verir ki, 36 yaşlı argentinalı futbolçu keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. O, fikirlərini belə izah edib: “Həmişə doğru danışmışam. Əgər bu dəfə də doğrunu demək lazımdırsa, etiraf etməliyəm, artıq ayaqlarım tab gətirmir”.
Argentina millisinin üzvü cari ilin əvvəlindən çıxış etdiyi “Malaqa” klubuna təşəkkür edib: “Malaqa” mənə güvəndi və karyeramın bu günə qədər uzanmasına mənə köməklik etdi. Oynamaqdan qürur duyduğum və qəlbimdə böyük yerə sahib olan klubda karyeramı başa vurmaq mənim üçün yuxu kimidir. Bundan sonra “Malaqa”ya bütün oyunlarda tribunadan dəstək olacağam”.
Qeyd edək ki, Demişelis karyerası ərzində “River Pleyt”, “Bavariya”, “Atletiko”, “Mançester Siti” və “Espanyol” kimi komandalarda çıxış edib. O, 2005-ci ildən dəvət aldığı Argentina millsinin heyətində 51 matçda iştirak edib.
saytlarin hazirlanmasi