"Real"ın futbolçusunun cəzası ləğv olundu

18:55 - 17 May 2017

İspaniya Futbol Federasiyasının Nizam İntizam Komitəsi (NİK) “Real”ın futbolçusu Naçonun cəzasını ləğv edib.

 

Sportal.az xəbər verir ki, komitə Madrid klubunun şikayətinə baxdıqdan sonra bu qərarı verib.

 

Qeyd edək ki, “Real”ın müdafiəçisi La Liqanın son turunda “Sevilya” ilə oyunda (4:1) sarı vərəqə alaraq cəzalı duruma düşmüşdü. Nizam-intizam komitəsi epizodun təkrarına baxdıqdan sonra futbolçunun sarı vərəqəsini ləğv edib.

 

Artıq Naçonun adı La Liqanın 21-ci turundan təxirə salınmış “Selta” ilə oyunun iştirak ərizəsinə daxil edilib.

Xəbər xətti