“İndiki vaxta qədər çox çalışmışıq. Həm La Liqa, həm də Çempionlar Liqası uğrunda mübarizə aparırıq. Ancaq hələ heç nə qazanmamışıq”.
Sportal.az xəbər verir ki, bu sözlər “Real”ın baş məşqçisi Zinəddin Zidana məxsusdur. “Kral klubu” La Liqanın sonuncu turu çərçivəsində səfərdə “Malaqa”nın qonağı olacaq. Bu oyunda əldə ediləcək 1 xal “Real”ın çempionluğunu rəsmiləşdirəcək.
Fransalı mütəxəssis matçdan öncə keçirilən mətbuat konfransınnda fikirlərini bildirib. O, “Malaqa” səfərinə 1 xal üçün yox, qələbə qazanmaq üçün getdiklərini deyib:
“Sabah yola çıxırıq. Bu, bizim çempionluq yolumuzdu. Taleyimizin öz əlimizdə olduğunu başa düşürük. Çatdığımız yolu bitirmək məcburiyyətindəyik. Məncə, “Malaqa” ilə oyun çox çətin olacaq. Amma biz “Real”ıq. Heyətimiz çox möhtəşəmdir və necə komanda olduğumuzu sabah görəcəksiniz”.
Zidan “Real”ın uğur qazanmasını istəməyənlərdən də danışıb:
“Çoxları “Real”ın titul qazanmasını istəmir. Amma bu durum bizi heç narahat etmir. İnanıram ki, sabah həmin insanları üzə biləcəyik”.
saytlarin hazirlanmasi