“Atletiko”nun ulduz futbolçusu Antuan Qrizmann adının “Real” və “Mançester Yunayted”lə hallanmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, fransalı hücumçu növbəti iki həftə ərzində bütün suallara aydınlıq gələcəyini söyləyib:
“Ümid edirəm ki, 2 həftə ərzində hər şeyə aydınlıq gələcək. “Mançester Yunayted”də oynamaq ehtimalım 10 üzərindən 6-dır. Zinəddin Zidan üçün isə oynamaq ehtimalım yoxdur. “Real”a transferim inandırıcı deyil. “Atletiko”da qalmaq şansım isə 10 üzərindən 7-yə bərabərdir”.
İspaniya mətbuatı “Mançester Yunayted”in Qrizmann üçün 100 milyon avro ödəməyə hazır olduğunu yazıb.
26 yaşlı futbolçu bu mövsüm 53 oyyunda 26 qol vurub və 12 assist edib.
saytlarin hazirlanmasi