Madrid klubunda 6 illik müqavilə FOTO

01:13 - 24 May 2017

“Atletiko”nun aparıcı oyunçularından Kokenin taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvü Madrid klubunda qalmağı üstün tutub. Belə ki, tərəflər arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, Koke 2024-cü ilin yayına qədər “Atletiko”nun formasını geyinəcək.

 

25 yaşlı futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu deyib: “Əlbəttə, xoşbəxtəm. “Atletiko” həyatımın klubudu. Bu klubun bir parçası olduğum üçün özümlə qürür duyuram”.

 

Qeyd edək ki, Koke 8 yaşından “Atletiko”da çıxış edir.

 

Görüntünün olası içeriği: 1 kişi, yazı

Xəbər xətti