İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə 21 aylıq şərti həbs cəzasını qüvvədə saxlayıb.
Sportal.az xəbər verir ki, buna baxmayaraq argentinalı futbolçu həbsdə yatmayacaq. Belə ki, İspaniyada 2 ildən az həbs cəzası alanların nəzarət edilməklə azadlıqda qalması mümkün olduğundan Messi bundan yararlanacaq.
Qeyd edək ki, Messi 2007, 2008, 2009-cu illərdə toplam 3,5 milyon avro vergidən yayınmaqda günahlandırılır.
saytlarin hazirlanmasi