İspaniyanın "Atletik” klubunun yeni baş məşçqisinin adına aydınlıq gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisini növbəti mövsümdən etibarən Xose Anxel Ziqanda çalışdıracaq.
Buna qədər "Atletik"in B komandasının baş məşqçisi olan ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, iki gün gün əvvəl istefa verən Ernesto Valverdeni əvəz edib.
Qeyd edək ki, 50 yaşlı məşqçi daha əvvəl "Osasuna" və "Xerez" komandalarını çalışdırıb.
saytlarin hazirlanmasi