Madridin "Real" klubunun transfer etmək istədiyi futbolçulardan birinin adı müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Atletiko"dan Teo Ernandezi rənglərinə bağlayan "kral klubu" "Yuventus"un futbolçusu Leonardo Bonuççiyə elçi düşüb. "Don Balon"un iddiasına görə, Madrid təmsilçisinin məşqçilər korpusu yayda komandanı tərk edəcək portuqaliyalı Pepenin yerini məhz təcrübəli Bonuççi ilə doldurmağı düşünürlər. Ancaq turinlilərin aparıcı oyunçunu "Real"a buraxacağı inandırıcı deyil.
Qeyd edək ki, Bonuççi 2010-cu ildən "Yuve"də oynayır. 30 yaşlı oyunçu karyerası ərzində "İnter", "Treviso", "Piza" və "Bari" kimi komandalarda çıxış edib.
saytlarin hazirlanmasi