Vergidən yayınmaqda ittiham olunan "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo İspaniya büdcəsinə 6 milyon avro ödəyib.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçunun bu addımı ilə 2011-2014-cü illərdə vergidən yayındığı məbləği ödədiyi bildirilib.Bu barədə məlumatı "Marca" nəşri yayıb.
Qeyd edək ki, Ronaldo 2011-2014-cü illər ərzində vergidən 8 milyon avro yayındırmaqda ittiham olunur.
Həmçinin portuqaliyalı futbolçu Vircin adalarındakı "ofşor" hesablarından istifadə edib, 150 milyon avro topladığı iddia edilir. Bu barədə kifayət qədər faktın toplandığını və 30 iyula qədər iddia ilə bağlı şikayət ediləcəyi deyilir. Bu suçlara görə portuqaliyalı futbolçunun 15 aydan 5 ilə qədər həbs oluna biləcəyi iddia edilirdi.
saytlarin hazirlanmasi