"Qızıl buts" Messinin oldu - 4-cü dəfə

13:27 - 29 May 2017

Avropa liqalarının ən yaxşı bombardiri üçün nəzərdə tutulan "Qızıl buts" mükafatının sahibi məlum olub.

 

Sportal.az xəbər verir ki, bu mükafata "Barselona"nın ulduz futbolçusu Lionel Messi sahib çıxıb. Argentinalı oyunçu cari mövsüm La Liqada 34 oyunda 37 qol vurub.

 

Bas Dost ("Sportinq", 34 qol) ikinci, Pyer-Emerik Obameyanq ("Borussiya", Dortmund, 31 qol) üçüncü olub.

 

Qeyd edək ki, Messi futbolçu karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb. Bununla da hücumçu "Qızıl buts"u 4 dəfə qazanan "Real"ın futbolçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Xəbər xətti