"Barselona"da yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi qapıçı Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib.
Yeni sözləşməyə əsasən Almaniya millisinin üzvü 2022-ci ilin 30 iyun tarixinədək "Barselona"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, 25 yaşlı "əlcək sahibi" 2014-cü ildən "Barselona"da çıxış edir. O, La Liqa təmsilçisinin heyətində 90 matçda meydana çıxıb
saytlarin hazirlanmasi