"Neftçi"dən Boliviyanın “Bluminq” klubuna transfer olan Uqo Barqas komandadan vidalaşıb.
Sportal.az xəbər verir ki, Argentina əsilli fransız forvard sosial şəbəək hesabında bunları qeyd edib:
“Neftçi”də oynadığım üçün çox xoşbəxtəm. Artıq getmək vaxtı idi. Belə şeylər futbolun bir hissəsidir. Komanda yoldaşlarıma ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, onlar qollar vuraraq, hədəfə çatarlar. Həmişə “Neftçi” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”.
Qeyd edək ki, ötən ilin yanvarından "Neftçi"də çıxış edən 31 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 13 oyuna 3 qol vurub.
saytlarin hazirlanmasi