"Neftçi"dən ayrılan Uqo Barqas Boliviyanln "Bluminq" klubu ilə münasibətlərini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, Argentina əsilli fransız forvard "Neftçi"dən ayrılmağın onun üçün çətin olduğunu deyib:
"Neftçi" ilə 1 illik müqavilə imzalamışdım. Amma yeni baş məşqçi gələndən sonra onun istəyilə müqavilə müddətini daha 6 ay uzatdıq. Belədə "Neftçi"dən ayrılmaq çox çətin idi. Lakin “Bluminq”ə dönmək variantı yarananda çox həyəcanlı idim. Belə vəziyyətdə “Neftçi” ilə razılıq əldə edə bildik. Bunun üçün çox xoşbəxtəm. İllər keçdikcə daha təcrübəli oluram və özünəinamım artır. Bu da komandama daha çox fayda verməyimə yetərli olacaq".
Qeyd edək ki, bu, 31 yaşlı hücumçunun "Bluminq"ə 3-cü qayıdışıdır. Barqası 2017-ci ilin yanvarında "Bluminq"dən "Neftçi"yə keçmişdi.
saytlarin hazirlanmasi