Nicatdan uğurlu oyun, "Samtredia"dan qələbə

00:00 - 1 Oktyabr 2019

Gürcüstanın I Divizionunda 28-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtredia" səfərdə "Zuqdidi"ni 3:0 hesabı ilə məğlub edib.

 

"Samtredia"da aparıcı sima olan Nicat Qurbanov oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, ikinci qolun məhsuldar ötürməsini verib.

 

Yayda komandaya qoşulan Nicat üç qol, üç assistlə komandasına fayda verib.

 

"Samtredia" 27 turdan sonra 59 xalla ikinci yerdə qərarlaşıb.

Xəbər xətti