"Latsio"da ilin ən yaxşısı

16:52 - 31 Dekabr 2020

İtaliyanın "Latsio" klubunda 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Çiro İmmobile azarkeşlər arasında keçirilən sorğuda bu nominasiyada qalib olub.

 

İtaliyalı futbolçu 34 faiz səslə birinci yeri tutub. Serb yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç 23 faizlə ikinci, ispan futbolçu Luis Alberto isə 22 faizlə 3-cü olub.

Xəbər xətti