Millinin Moldova üzərindəki qələbəsi - VİDEO

17:00 - 5 Mart 2021

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, yığmamız Moldovanı qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Oyun azarkeşlər və media üçün qapalı olub.
 
Qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 9 xalla liderliyini davam etdirir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.

 

Azərbaycan – Moldova - 5:1

Qollar: Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 - S.Takot, 26.

 

Xəbər xətti