Rusiyada oyun zamanı meydanda ilan aşkarlandı - VİDEO

00:00 - 3 Avqust 2021

Rusiya Premyer Liqasının II turunda keçirilən "Axmat" - "Soçi" matçında maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, oyunun əvvəlində meydanda ilan aşkarlanıb. İlanı stadion əməkdaşları meydandan çıxarıblar. Həmin vaxt oyun 3 dəqiqə dayanıb.

 

Qroznıdakı "Axmat Arena"da keçirilən görüşdə "Soçi" qalib gəlib - 2:1.

 

 

 

Xəbər xətti