"Trabzonspor"dan İtaliya A Seriyasına

15:28 - 4 Avqust 2021

"Trabzonspor"un futbolçusu Kaleb Ekuban komandadan ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, o, karyerasını İtaliyada davam etdirəcək. 27 yaşlı hücumçu "Cenoa" ilə anlaşıb.

 

Ekuban 2019-cu ilin yayından "Trabzonspor"da çıxış edir. O, bu komandada 103 oyunda 29 qol vurub, 18 məhsuldar ötürmə edib.

Xəbər xətti