"Omoniya"da daha bir itki: "Qarabağ"a qarşı oynamayacaq

14:53 - 25 Sentyabr 2021

Avropa Konfrans Liqası qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la qarşılaşacaq "Omoniya" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Kipr klubunun müdafiəçisi Yoannis Kusulos Ağdam təmsilçisi ilə ev matçında meydana çıxmayacaq. Kiprli futbolçu zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

 

Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerud da "Qarabağ"la görüşdə iştirak etməyəcək.

 

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti