Alleqri belçikalı yarımmüdafiəçini istəyir

17:27 - 28 Sentyabr 2021

İtaliyanın "Yuventus" klubu qış fasiləsində heyətini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Borussiya"nın yarımmüdafiəçisi Aksel Vitsellə maraqlanır. Baş məşqçi Massimiliano Alleqri Belçika millisinin üzvünün transferini rəhbərlikdən tələb edib. "Qoca Sinyora" rəhbərliyi 32 yaşlı futbolçunun keçidini qışda həll etməyə çalışacaq.

 

Qeyd edək ki, Aksel Vitsel "Borussiya"ya 2018-ci ilin yayında Çinin "Tyanjin" klubundan transfer olunub.

Xəbər xətti