Futzal üzrə Yüksək Liqanın IV turu çərçivəsində keçiriləcək “Alyans” (Lənkəran) – U-19 oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Sportal.az xəbər verir ki, tamaşaçılar oktyabrın 22-də, Bakı İdman Sarayında keçiriləcək matçı saat 14:15-dən etibarən izləyə biləcəklər.