Paulo Dibala “Yuventus”dan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, Turin klubu argentinalının maaşını yüksəltmək istəmədiyinə görə o, bu klubda qalmaq istəmir.
Vəziyyət dəyişməsə Dibala yayda “Yuventus”u azad agent statusu ilə tərk edəcək. 28 yaşlı yarımmüdafiəçi 2015-ci ildə “Palermo”dan “Yuventus”a keçib.