Benzema ən yaxşı seçildi

“France Football” nəşri 2021-ci ilin ən yaxşı fransalı futbolçusunun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, “Real”ın hücumçusu Kərim Benzema ən yaxşı adına layiq görülüb. 34 yaşlı forvard 4-cü dəfə bu mükafatı qazanıb.

 

Benzema bu mövsüm “Real”ın heyətində 26 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, 2020-ci ildə pandemiyaya görə verilməyən mükafatı 2018, 2019-cu illərdə PSJ-nin hücumçusu Kilian Mbappe qazanıb.

Tarix: 15 Yanvar [15:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio