Karateçimiz Parisdə gümüş medal qazandı

19:07 - 23 Yanvar 2022

"Paris Open 2022" turniri davam edir. 

 

Sportal.az xəbər verir ki, Azərbaycanın qadın karateçisi İrina Zaretska final görüşünə çıxıb. 68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.

 

Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.

Xəbər xətti