Qalatasaray"ın yeni baş məşqçisi bilindi

10:58 - 19 İyun 2022

Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi məlum olub.


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Okan Buruk çalışdıracaq. Türkiyə mətbuatının yazdığına görə 48 yaşlı mütəxəssislə növbəti həftə ərzində rəsmi müqavilə imzalanacaq.


Qeyd edək ki, hazırda "Qalatasaray"ın baş məşqçisi Domenek Torrendir. İspaniyalı çalışdırıcı ilə yollar ayrılacaq.

Xəbər xətti