"Qarabağ" braziliyalı futbolçudan niyə imtina edib?

10:44 - 28 İyun 2022

"Qarabağ"ın "Nautiko"nun futbolçusu Raldnini transfer etmək istəməsi barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, bu transferin baş tutmamasının səbəbləri ortaya çıxıb.

Belə ki, Braziliyanın “JC” portalı "Qarabağ"ın Raldinidən imtina etməsinin səbəbləri haqda yazıb. "Qarabağ”ın ondan imtinasının səbəbi futbolçu ilə danışıqlar zamanı bank hesabının “Nautiko”nun özünün deyil, direktorlarıdan birinin göstərilməsi olub. 

"Nautiko"nun  vitse-prezidenti Roberto Selva isə Braziliyalı mətbuatına açıqlamasında bu cür danışıb: 

"Onlar Raldninin proseduru pozduğunu, görüşə gəlmədiyini iddia edib. Əvvəlcə evlənmək üçün Resifeyə getdiyini  deyiblər. Amma bunların hamısı bəhanədir".

​Beləliklə, Raldninin "Qarabağ"a keçidi məsələsi bağlanıb.

Xəbər xətti