"Mançester Siti"dən ayrılan futbolçu Braziliya klubunda

10:58 - 28 İyun 2022

"Mançester Siti"dən ayrılan yarımmüdafiəçi Fernandinyo Braziliyaya qayıdıb.

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu "Atletiko Paranaense" ilə anlaşıb.

Braziliya millisinin sabiq üzvü 2003-2005-ci illərdə də "Atletiko Paranaense"də oynamışdı. 

2013-cü ildən "Mançester Siti"də çıxış etmiş Fernandinyo 264 oyun keçirib 20 qol vurmuşdu.

Xəbər xətti