"Qalatasaray" Yunusu Fransa klubuna satmadı

21:20 - 29 İyun 2022

"Qalatasaray"ın futbolçusu Yunus Akgünə Fransadan təklif gəlib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı vingerin xidmətində "Lill" maraqlıdır. Liqa 1 təmsilçisi Türkiyə millisinin üzvü üçün "cim bom"a 6 milyon avroluq təklif göndərib. Lakin "Qalatasaray" bu məbləği az hesab edib və təklifi geri çevirib.

 

Yunus Akgün son mövsümü icarə əsasında "Adana Demirspor"da keçirib. O, Adana təmsilçisinin heyətində meydana çıxdığı 39 matçda 8 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti