Asiyada çempionluq yaşamış forvard Premyer Liqada oynaya bilər

22:58 - 29 İyun 2022

Son dəfə Nepalda "Maçindra" ilə çempionluq yaşamış Nurlan Novruzov karyerasına Azərbaycanda davam edə bilər.

Sportal.az saytına verilən məlumata görə, forvard "Turan Tovuz"da məşqlərə başlayıb.

Məşqsiz qalmamaq üçün o, Tovuz klubunun düşərgəsinə qoşulub.

Nepaldan qayıtdıqdan sonra məşqsiz qalmamaq üçün çimərlik futbolu üzrə Azərbaycan millisinin düşərgəsində yer alan Novruzov, yığma Portuqaliyaya yollandıqdan sonra bu dəfə "Turan Tovuz"a qoşulub.

Onun bu komandada oynamaq ehtimalı da yarana bilər. Belə ki, forvard məşqçilər korpusunun diqqətini çəkərsə, Tovuz klubunda qala bilər. Premyer Liqada mübarizə aparan komandalardan biri də forvardı heyətinə qatmaq istəyir.

​Yaxın 1-2 gündə onun karyerasına harada davam edəcəyi dəqiqləşəcək.

Xəbər xətti