U-23 yığmamızın üzvü: "Baş hakim rəqibin qapısına penalti təyin etmədi"

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi oyunlarında futbol üzrə Azərbaycanın U-23 yığması da iştirak edir.

Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv ilk görüşündə Səudiyyə Ərəbistanı yığmasına 0:1 hesabı ilə uduzub. Yığmamızın heyətində start heyətində yer almış Ədilxan Qarəhmədov saytımıza açıqlama verib. O, yığmanın ərəblərə qarşı keçirdiyi görüşü dəyərləndirib. Bununla yanaşı qrupdan çıxmaq şansları haqda danışıb:

"Çox yaxşı oynadıq. Rəqibin güclü olduğunu bilirdik. Samir Əliyev onları analiz etmişdi. Rəqibin üstün və zəif cəhətlərini bilirdik. Biz cəmi bir həftə birlikdə olmuşduq. Əslində, Səudiyyə Ərəbistanına qalib gələ bilərdik. Sadəcə baş hakim rəqibin qapısına penalti təyin etmədi. Halbuki haqqımız idi. Ancaq 90+8-ci dəqiqədə qapımıza penalti təyin etdi. Halbuki həmin epizodda heç bir qayda pozuntusundan söhbət gedə bilməz.

Bu cür oynamağa davam etsək, yaxşı nəticələr qazanacağıq. Komandamızda gənclər çoxdu. Ancaq hamısı potensiallı uşaqlardı. Məşqlərdə hamı var gücü ilə çalışır. Hamımız qrupdan çıxacağımıza inanırıq. Bildiyim qədərilə İran yığması turnirə gəlməyib. Belə olan halda, qrupdan çıxmaq şansımız daha da artır. Mərakeşə qarşı qələbə qazansaq böyük ehtimalla qrupdan çıxacağıq".

Mirbağırağa

Tarix: 9 Avqust [15:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Oktyabr 2022
4  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio