Millimiz Gürcüstandan qələbə ilə dönür

18:28 - 24 Avqust 2022

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, millimiz bu gün səfərdə ikinci oyununu keçirib.

 

Komandamız Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Tbilisidə “Yeni Voleybol Arena”da baş tutan matçdan millimiz qalib ayrılıb. Hər üç setdə rəqibinə qalib gələn yığma aktivindəki xalların sayını 6-ya çatdırıb.

 

Qeyd edək ki, komandamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. Millimiz növbəti oyununu avqustun 28-də Bakıda Avstriya kollektivinə qarşı keçirəcək.

 

Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcək.

Xəbər xətti