Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un baş məşqçi postuna Miçel Qonzalesi gətirməsi barədə xəbər vermişdik.
Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda komandada yer alan bir neçə futbolçu ilə yollarını ayıracaq.
59 yaşlı çalışdırıcısı komandada çoxlu futbolçunun yer almasının mənfi hal olduğunu bildirib: "Komandada bu qədər futbolçunun yer alması problemdi. Klub prezidenti ilə danışmışam. Qolkiperlərdən başqa, komandada ümumilikdə 24 futbolçudan çox adamın olmasını istəmirəm".
"Qarabağ" “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da Pireydə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək. Yunanıstan klubu qrup görüşləri üçün 31 oyunçu sifariş edib.