İtaliya A Seriyasında bir ilk

19:49 - 28 Sentyabr 2022

İtaliya A Seriyasının 8-ci turunda çempionat tarixində bir ilk gerçəkləşəcək.

 

Sportal.az xəbər verir ki, turun bir qarşılaşmasını qadın hakim idarə edəcək. "Sassuolo" - "Salernitana" görüşünün baş hakimi 31 yaşlı Maria Sole Ferryeri Kaputi olacaq. Bu, İtaliya çempionatı tarixində bir ilk olacaq.

 

Qeyd edək ki, "Sassuolo" - "Salernitana" qarşılaşması 2 oktyabr tarixində Bakı vaxtilə saat 17:00-da start götürəcək.

Xəbər xətti