Azərbaycan millisi FİFA reytinqində irəlilədi

12:22 - 6 Oktyabr 2022

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib.

Sportal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv hazırda 1146 xalla 123-cü sıradadı.

UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstan üzərində qazanılan qələbələr millinin irəliləməsinə kömək olub.

1831 xala malik Braziliya millisi FİFA reytinqində birincidi. 

Xəbər xətti