"Atletiko" yunanıstanlı qapıçını transfer etmək istəyir

14:35 - 2 Dekabr 2022

"Atletiko" "Benfika"nın qapıçısı Odisseas Vlaxodimosla maraqlanır.

Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi Yan Oblakın komandadan gedəcəyi təqdirdə, yunan qolkiperi transfer etməyi hədəfləyir.

28 yaşlı qapıçı Portuqaliya Primerosunda bu mövsüm 13 oyunda meydana çıxıb və 9 qol buraxıb.

2018-ci ildən Yunanıstan millisinin qapısını qoruyan kiper “Ştutqart” yetirməsidir. O, 4 il əvvəl “Panatinaikos”dan “Benfika”ya keçmişdi.
 

Xəbər xətti