Millimizə qol vuran isveçli: "Matç əyləncəli keçdi"

13:47 - 28 Mart 2023

İsveç milli komandasının yarımmüdafiəçisi Yesper Karlsson AVRO-2024-ün F qrupunun ikinci turu çərçivəsində Solnada Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edib.

Sportal.az "Svenskfotboll"a istinadən xəbər verir ki, komandamızın qapısına vurulan 4-cü qolun müəllifi görüşlə bağlı bunları deyib:

"Meydançaya qol vurmaq üçün çıxmışdım. Uzun müddət idi ki, bunu xəyal edirdim. İsveç millisinin heyətində vurduğum ilk qoldur. Duyğulandım. Hələ oyundan əvvəl Emil Forsberqə dedim ki, indiyə qədər millidə bir qol vura bilməməyim çox pisdir. Ona görə də oyuna yalnız bu fikirlə çıxdım. Matç əyləncəli keçdi".

Xəbər xətti