Messi "Barselona"ya qayıtmaq istəyir

19:37 - 29 Mart 2023

PSJ-nin futbolçusu Lionel Messi yenidən "Barselona"ya qayıda bilər.

Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Argentinalı ulduz 2 illik fasilədən sonra Kataloniya təmsilçisində oynamaq istəyir. 35 yaşlı hücumçu sabiq klubunda daha az maaşla oynamağa hazırdır.

Qeyd edək ki, Lionel Messi 2005-2021-ci illərdə "Barselona"da çıxış edib. Argentina millisinin üzvü La Liqa klubunun heyətində meydan çıxdığı 778 matçda 672 qol və 303 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti