AFFA "İrəvan"a texniki məğlubiyyət verdi, klubu cərimələdi

16:31 - 15 Mart 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Birinci Liqadanın oyunları zamanı baş vermiş qayda pozuntularından sonra aşağıdakı qərarlar qəbul edildi:

I Liqa XVIII tur

13.03.2024-cü il tarixində I Liqada XVIII turun “İmişli” – “Araz Saatlı” oyununda “İmişli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);

13.03.2024-cü il tarixində I Liqada XVIII turun “İmişli” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

13.03.2024-cü il tarixində I Liqada XVIII turun “Şamaxı” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilir (maddə 37);

14.03.2024-cü il tarixində I Liqada XVIII turun “İrəvan” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);

14.03.2024-cü il tarixində I Liqada XVIII turun “İrəvan” – “Zaqatala” oyununda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 74.1);

14.03.2024-cü il tarixində I Liqada XVIII turun “İrəvan” – “Zaqatala” oyununun 83-cü dəqiqəsində “İrəvan” klubunun heyətində 99 nömrəli futbolçu Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş 8 nömrəli futbolçu Kamil Mahmudov daxil olduğuna görə “İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “İrəvan” klubu 400 manat cərimə edilir (maddə 61.6);

14.03.2024-cü il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);

14.03.2024-cü il tarixində I Liqada XVIII turun MOİK – “Difai Ağsu” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);

14.03.2024-cü il tarixində I Liqada XVIII turun MOİK – “Difai Ağsu” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 74.1);

Xəbər xətti