"Lerik" - "Şəki Siti" matçında 4 qol, 1 qırmızı vərəqə - VİDEO

19:50 - 23 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün lider "Lerik" öz meydanında "Şəki Siti"ni qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Xallarını 28-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Lerik" - "Şəki Siti" 2:2
Qollar: 
Kamran Abdullazadə, 47 (pen), Penci Ağazadə, 85 - Ramin İsmayılov, 66, Osman Soltanov, 90+1
Qırmızı vərəqə: Süleyman Rauflu, 48 ("Şəki Siti")

Xəbər xətti